Eduard Məmmədov yenidən dünya çempionu oldu – FOTO
Türkiyənin Antalya şəhərində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) tərəfindən keçirilən dünya çempionatında Eduard Məmmədov final döyüşündə qalib olub.
BiG.AZ xəbər verir ki, Eduard Məmmədov 63 kq çəki ilə veteranlar arasında yarışda üç görüş keçirərək növbəti dünya çempionluğunu qazanıb.
O, əvvəlcə danimarkalı Yan Larseni, daha sonra argentinalı Federiko İqnasionu məğlub edib. Finalda isə o, WAKO üzrə dünya çempionatının yeddiqat qalibi olmuş italiyalı Campaolo Spanuya 3:0 qalib gəlib. Bununla da Eduard WAKO-da 5-ci, ümumilikdə isə 25-ci dünya çempionluğunu qazanıb.
Tanınmış idmançımız açıqlama verib. O, bildirib ki, bir ildə ikinci dəfə çempion olmaq olduqca qürurverici hisdir:
“Çox sevinirəm. Azərbaycan Kikboksinq Federasiyanın prezidenti millət vəkili Adil Əliyev cənabları başda olmaqla, mənə dəstək olan hərkəsə,dostlarıma, yaxınlarıma öz dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Eduard Məmmədov ötən ay Bosniya və Herseqovinada keçirilmiş dünya çempionatında da qızıl medal qazanmışdı. O, Sarayevodakı dünya çempionatının finalında da məhz bu rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.
Onu da bildirək ki, bu dünya çempionatında Azərbaycan 12 idmançı ilə təmsil olunur. Dünya çempionatı dekabrın 1-də başa çatacaq.