HASANLY

HASANLY Xəbərlər 30-11-2019, 16:17

Vilayət Eyvazov yeni rəis təyin etdi

Vilayət Eyvazov yeni rəis təyin etdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Loading.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev tutduğu vəzifədən azad edilib. 
Nazirin digər əmri ilə F.Azadəliyev Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
626 648 617 580 605 593

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.