HASANLY

HASANLY İdman 5-12-2019, 15:38

Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlanıb

Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlanıb
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "5 dekabr - Beynəlxalq Könüllülər Günü" münasibətilə xüsusi tədbir keçirərək yeni Formula 1 mövsümü üçün könüllülərin qeydiyyatına təntənəli şəkildə start verib.
Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata bgörə, Pit binasında yerləşən Paddok Klubda baş tutan tədbirdə BŞH-nin İnsan Resursları şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Cinema Plus kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə nitq söyləyərək karyera quruculuğuna dair öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Açılış nitqinə təşkilatlar adından təbriklə başlayan İranə Əhmədova çıxışında könüllüləri yeni bilik və bacarıqlar əldə etməyə çağırıb: "Könüllülük mühüm dəyərdir. BŞH Akademiyası hər bir gəncimizə fərdi və peşəkar inkişaf etmək şansı yaradır. Yeni bilik və bacarıqlar əldə etmək gələcək uğurlarınız üçün olduqca əhəmiyyətlidir".
Daha sonra çıxış edən BP rəsmisi müasir dövrdə hər bir gəncin əsas vəzifəsinin öz üzərində işləyərək yeni bacarıqlar və təcrübələr qazanmaq olduğunu bildirib. Cinema Plus şirkətinin təmsilçisi Zaur Darabzadə isə öz çıxışında özünəinamın uğurlu karyera qurmaqdakı vacib rolunu qeyd edib: "Sadəcə özünüzə inanın. Hər şey yaxşı olacaq. Sonda qazandığınız nəticələr sizi sevindirəcək".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 404 412 421 388 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.