"Qulağıma yazığım gəlir" – Musiqili meyxananı qəbul etməyən Nadir Qafarzadə – VİDEO

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Nadir Qafarzadə olub.

Sənətçi gitara ifaçılarının təkrarçılığa yol verdiklərini deyib:

"Hərəsi əlinə bir gitara alıb. Gitara ilə oxumaq sənət deyil. Səhnəyə çıx, canlı oxu. Hamısı da türk ifaçılarının boğazlarını edirlər.

Bənzərlik çoxdur, biz təzə səs axtarırıq. Yol ver başqaları gəlsin. Kiminsə yerini tutursan. Mən bu günə kimi gəlib çıxmışamsa, demək ki, nəsə var.

Üzərində işləməlisən. Gənclər, əgər yadda qalmaq istəyirsinizsə, fərqli oxumalısınız. Öz üslubunuz olmalıdır".

İfaçı musiqili meyxana janrını da qəbul etmədiyini bildirib:

"Meyxananı bilirəm, amma musiqili meyxananın nə olduğunu bilmirəm. Dinləmirəm, qaçıram, çünki qulağıma yazığım gəlir. Bunları dinləyəmə məcbur deyilik". 


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 245 270 218 256 215

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.