♥Мой Мир♥

♥Мой Мир♥ Sevgi 2-08-2016, 13:00

Yarımçıq öldüm sadəcə

Yarımçıq öldüm sadəcə
Yarımçıq öldüm sadəcə

Bir eşq hər anlamı ifadə edə bilər. Amma hər anlam bir eşqi ifadə edə bilməzmiş, anladım. Mən hüzursuzluğa aid xoşbəxtlikmişəm. Və bu xoşbəxtliyin çarəsi yoxdur, bilirem. Bilirəm və geri çəkilirəm.. Siman mənə unutdurduqlarımı və itirdiklərimi geri qaytarır. Sən bunu hiss etmirsən. Polis qiyafəti geyinmiş oğru kimisən. Itirdiklərimi geri qaytaranda qəlbimi oğurlayırsan. Amma oraya girmirsən. Qırırsan.. bilmirsən !!!
Onsuz da heç bir ürəyi qırmadan ora girmək olmaz , elə deyilmi ? Qırılmış bir qəlb səni içində niyə gizlədir, bilirsənmi? Bilmə ! Çünki biz itirənlərik.. Bizim bəxtimiz üzümüzə gülməz, bizim bəxtimiz arxamızdan diş ağardar. Həmişə hara getdiyimizi soruşarlar; nələrdən qaçdığımızı heç kim bilməz. Bizi ya sevməzlər, ya da sevirmiş kimi görünərlər.. Buna görə də nə sağalar, nə də ölər bu yara. Sən bizi düşünmə. Məhv olmamışam. Yarımçıq öldüm sadəcə..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
661 662 616 687 643 618

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.