HASANLY

HASANLY Xəbərlər 10-12-2019, 16:41

Xalq artisti Yalçın Əfəndiyev vəfat etdi

Xalq artisti Yalçın Əfəndiyev vəfat etdi
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev dünyasını dəyişib. 
Loading.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 82 yaşlı rejissor bu gün vəfat edib. 
Y. Əfəndiyevlə vida mərasimi bu gün 15:00-da Təzə Pir Məscidində keçiriləcək. Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq. 
Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri emalatxanasının bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 386 396 408 391 472

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.