Cizgi filmlərinin zərəri


Hər kəs uşaqlığını və sevimli cizgi filmlərini xatırlayır. Həmçinin indi də artıq valideyn olduqdan sonra öz övladlarımızı cizgi filmləri aləmi ilə məmnuniyyətlə tanış edirik, axı onlar uşağın inkişafında müəyyən rol oynayır, ətraf mühitə aid yeni kəşflər edir, uşaqları əyləndirir və ruhlandırırlar. Lakin həqiqətənmi cizgi filmlərinin hamısı faydalıdırlar? Müasir texnologiyalar bizim həyatımızı dəyişdirir və artıq həyatımızın ayrılmaz parçasına çevrilirlər. İnformasiya və texnoloji yeniliklər sürətlə yaranır və yaranmaqda davam edirlər. Bunların vasitəsi ilə 1-1,5 yaşında uşaq özü sərbəst cizgi filminə baxır və hətta internet şəbəkəsində tapa bilir. Nəticədə uşaqlar çox erkən yaşdan virtual reallığa vərdiş edirlər, bu da uşaq psixoloqlarının fikrincə, uşağın əqli inkişafına və psixikasının formalaşmasına ciddi zərər verə bilər. Bu gün məhz cizgi filmi audio-vizual nümunələrdən biridir ki, uşaq onun vasitəsi ilə ətraf mühiti öyrənməyə başlayır. Və hansı filmlərə baxması onun mənəvi və mədəni istiqamətlərini təyin edir. Müasir cizgi filmlərinin əksəriyyəti əsl insani dəyərləri təbliğ etmirlər, əksinə, aləmin yanlış, mənfi təsvirini formalaşdırırlar. Bəzi təsdiq olunmuş misallar: 1. “Pokemon” cizgi filminin 38-ci seriyasına baxdıqdan sonra 700 yaxın 3 yaş və yuxarı yapon uşaqları epileptik tutmaları xatırladan əlamətlərlə xəstəxanaya yerləşdiriliblər. Cizgi filmində partlayış iki zidd rənglərin – qırmızı və göy – bir-birini tez dəyişməsi ilə müşayiət edilib. Partlayış 4 saniyə ərzində təxminən 12 qiqahers tezlik ilə bütün ekranı tutur, bu da işığa həssaslıq epilepsiyaya səbəb olub. 2. Children's BBC kanalının keçmiş prodüseri Sarah Graham etiraf edib ki, “Telepuziklər” (Teletubbies) və digər verilişlər narkotik maddələr təsiri altında yaradılmışdırlar. Cizgi filmlərinin tərbiyə vasitəsi kimi əhəmiyyəti nədədir? Cizgi filmləri uşağın şüurunda həkk olunan həyatlarının ilk kino əsərləridirlər. Televiziya uşaqların diqqətini cizgi filmləri ilə daha tez-tez cəlb edir və uşağın estetik zövq, xarakter və həyati təsvirlərinin formalaşmasında onların təsiri mühüm ola bilər. Uşaq tərbiyəsində əhvalatlar danışmaq vacib üsullardan biridir. Əvvəl uşaqlara nağıl danışırdılar, indi bunu valideynlərin vaxtını azad etməklə cizgi filmləri əvəz ediblər. Cizgi filmlərinin qəhrəmanları ilə birgə müxtəlif emosiyaları keçirməklə uşaqlar özləri üçün ətraf aləmin modelini qururlar, xeyir və şəri ayırmağa öyrənirlər, öz üzərlərində müxtəlif rolları sınayırlar, oxşamaq üçün obrazlar yaradırlar. Bu onunla əlaqədardır ki, insan psixikası elə formalaşıb ki, biz qeyri-şüuri olaraq xoşumuza gələn obrazlara bənzəməyə çalışırıq. Uşaqlar üçün isə təqlidi davranış müxtəlif sosial rolları mənimsəmək üçün əsas vasitələrdəndir. Media məhsulların balaca uşaqlara olan təsiri az tətqiq edilib. Biz digər sahələrdən uşaq qavramasına aid hansısa biliklərə əsaslanaraq nəticələr çıxara bilərik və artıq zənn edə bilərik ki, televizor və ya kompüterə uzun müddət baxmaq uşağın psixika və emosional qavrayışına mənfi təsir göstərir. Üstəlik bir halda ki, həmin məhsulların (cizgi filmlərinin) keyfiyyəti barəsində dəqiq nəsə demək çətindir, əksər hallarda bunlar heç də faydalı olmurlar. Cizgi filmlərinə bu cür baxmanın əks təsiri aşağıdakılar ola bilərlər: • həddindən artıq həyəcan, • aqressiya, • yorğunluq, • görmə qabiliyyətinin, diqqətin pozulması, • hərəkət defisiti, • maddələr mübadiləsinin pozulması. Ümumiyyətlə, cizgi filmlərinin baxılmasını qadağan etmək lazımdırmı? Çətin bu sizdə alınsın, lakin bəzi qaydalara riayət etsəniz, uşaq psixikasına vurulan ziyanı azalda bilərsiniz: Cizgi filmlərini doğru seçin. Onlar uşağın yaşına uyğun olmalıdırlar, məzmunda həmin yaş qrupu üçün aktual olan məsələ və problemlər işıqlandırılmalıdırlar. Cizgi filmləri mənalı olmalıdırlar, sadəcə əlvan, mənasız səhnə və hadisələrin ardıcıllığı ilə əyləndirməməlidirlər. Uşaqdan əvvəl cizgi filminə özünüz baxın və onun faydalı olub olmamasına qərar verin. Vaxtaşırı cizgi filminə uşaqla birgə baxın. Bu yolla siz bəzi məqamları müzakirə və şərh edə bilərsiniz və o, artıq nəyə baxdığını dərk edəcək. Çox balaca uşaqlara cizgi filminə baxmağa icazə verməsəniz yaxşı olar. Əgər uşağı 3 yaşına kimi televizordan (cizgi filmlərindən və s.) tamamilə uzaqlaşdırmaq imkanı varsa, bunu mütləq tətbiq etmək lazımdır. Körpə hər hansı obrazı necə qavramasını 100% əminliklə heç kəs deyə bilməz. Psixoloqlar müəyyən ediblər ki, televizora (kompüterə) çox baxan iki yaşa qədər uşaqlarda nitq inkişafının ləngiməsi müşahidə edilir. Həmçinin erkən yaşdan uşağı televizor və ya kompüterə öyrəşdirməklə asılılıq yaranır və gələcəkdə o, daima nəyəsə baxmağı tələb edəcək. Kitab, oyun, birgə yaradıcılığa daha çox diqqət yetirin, uşaqlarla tez-tez gəzintiyə çıxın, onlarla məşğul olun. Cizgi filmlərinin baxılması uşağı məşğul və öz vaxtını azad etmək üçün əla vasitədir. Lakin bu eyni zamanda elə də təhlükəsiz üsul deyil və bunu yadda saxlamaq lazımdır!
Redakte etdi - Kukulka