ice berg

ice berg İslam Dini 11-05-2025, 14:00

Hansı surəni Peyğəmbərimiz Quranın üçdən-bir hissəsi adlandırırdı?

Hansı surəni Peyğəmbərimiz Quranın üçdən-bir hissəsi adlandırırdı?

Bu, Qurani-Kərimin sıra ilə 112-ci surəsi olan “İxlas” surəsidir. Onu bəzən “Tovhid” və ya “Qul huvəllah” da adlandırırlar. “İxlas” 4 ayədən ibarətdir, surədə Allahın təkliyindən, şəriksiz və ehtiyacsız olma­sından danı­şılır. Müsəlmanlar gündəlik həyatda bu surədən tez-tez, özü də adətən, “Fatihə” surəsi ilə birlikdə istifadə edir­lər.

 Məsələn, namazın birinci və ikinci rükətlərndə, həmçi­nin, rəhmətə getmiş şəxsin ruhuna hədiyyə olaraq “Fatihə”dən sonra “İxlas” surəsini oxuyurlar. Bir çox mənbələrdə məsumların dilindən qeyd edilib ki, “İxlas” surəsi Quranın üçdən-bir hissəsi kimidir. Hətta bəzi hədislərdə deyilir ki, bu surəni 3 dəfə oxuyan şəxs Quranı tam oxuyub bitirmiş kimidir.

Əlbəttə, yalnız “İxlas” surəsini 3 dəfə oxuyan adam bütün Quranın hikmət və nəsihətlə, şəriət hökmləri ilə, keçmiş ümmətlərin əhvalatları ilə dolu ayələrini oxumuş olmur. Bu hədisin məqsədi əvvəla, surənin üstünlüyünü və fəzilətini göstərməkdir. İkincisi, hədis bütün Quranı oxumağı bacarmayan şəxslərə ünvanlanıb.

 


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 304 304 295 321 370

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.