HASANLY

HASANLY Xəbərlər 12-12-2019, 13:00

Nigerda yaraqlıların hücumu nəticəsində 60-dan çox adam ölüb

Nigerda yaraqlıların hücumu nəticəsində 60-dan çox adam ölüb
Nigerın qərbində çox saylı silahlılar dəstəsinin hərbi düşərgəyə hücumu zamanı 60-dan çox adam həlak olub.
Loading.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nigerın silahlı quvvələr strukturlarının rəsmisi xəbər verib.
Silahlılar düşərgəni minaatanlarldan atəşə tutublar. İtkilərə səbəb mərmilərin silah-sursat və yanacaq anbarlarına düşməsi olub. Düşərgənin Mali ilə sərhəddə İnat kəndinə yaxın ərazidə yerləşdiyi qeyd edilir. İtkilərin hərbçilər və ya mülki şəxslər arasında olması ilə bağlı rəsmi açığlama verilməyib.
Nigerin Mali ilə sərhəd bölgəsində silahlı qüvvələrin mövqeylərinə hücum bu həftə artıq ikincidir. Dekabrın 1-də bir qrup terrorçu Taxua bölgəsində ordu düşərgəsinə hücum etmişdi. Hücum nəticəsində 14 yaraqlı və hökumət qüvvələrinin 3 hərbi qulluqçusu öldürülmüşdü.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
267 329 325 252 265 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.