Mourinyo yenə "Bavariya" ilə qarşılaşmaq istəyir
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Bavariya"ya məğlubiyyəti şərh edib.
Britaniya mətbuatının istinadən yaydığı xəbərə görə, o, məğlubiyyətə baxmayaraq, pley-offda Münhen klubu ilə qarşılaşmaq istədiklərini deyib: "Bəzi futbolçular ilk dəfə mənim rəhbərliyim altında oynayırdılar. Mənim üçün məlumat yığmaq əhəmiyyətli idi. "Olimpiakos" üzərində qələbə qazanaraq pley-offa vəsiqəni rəsmiləşdirdiyimiz üçün risk edə bilərdik. Öz qərarlarımdan razıyam. Bu oyunla çoxlu informasiya topladım. 1/4 və ya yarımfinalda yenidən "Bavariya" ilə qarşılaşmağımızı istəyərdim".
Qeyd edək ki, ev oyununda Münhen klubuna 2:7 hesabı ilə uduzan "Tottenhem" səfər görüşündə də məğlub olub - 1:3.