Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 12-12-2019, 15:37

Azyaşlının üç yerdən sınan qoluna krem çəkib evə göndərdilər - FOTO

Azyaşlının üç yerdən sınan qoluna krem çəkib evə göndərdilər - FOTO
Türkiyənin Osmaniyə vilayətinin Kadirli rayonunda həkimlər qolu sınmış azyaşlını müalicə etməməmiş evlərinə göndəriblər.
On yaşlı dördüncü sinif şagirdi Arda Gökər məktəb divarının üstündən tullananda qolunu sındırıb.
LOADİNG.AZ oxu.az-a istinadən xəbər verir ki, təcili yardımla xəstəxanaya çatdırılan şagirdin qoluna sadəcə krem çəkilərək evinə göndərilib.
Gecə səhərə qədər yata bilməyib, ağlayan uşağı səhər yenidən valideynləri həkimə gətirib, onun qolunun üç yerdən sındığı və əməliyyat olunacağı məlum olub.
Əməliyyatdan sonra üç ay müalicəsi davam edəcək uşağın şikəst qala bilmə ehtimalı var.
Həkim səhlənkarlığına görə valideynlər şikayətçi olublar.
Xəstəxananın baş həkimi İlkər Halvacı onların şikayətinə əsasən, araşdırma aparılacağını bildirib.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
308 388 323 317 357 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.