HASANLY

HASANLY Xəbərlər 13-12-2019, 18:30

İmişlidə yük maşını iribuynuzlu heyvanları vurub öldürdü

İmişlidə yük maşını iribuynuzlu heyvanları vurub öldürdü
İmişlidə yük maşını iribuynuzlu heyvanları vuraraq öldürüb. 
Loading.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun 96-cı kilometrliyində İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Biləsuvar rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Musa Tapdıq oğlu idarə etdiyi "Kamaz" markalı yük maşını ilə hərəkətdə olarkən rayonun Məzrəli kənd sakinləri - 1971-ci il təvəllüdlü Mehdiyev Rəhman Əhliman oğlu və 1972-ci il təvəllüdlü Qasımov Zamir Arif oğluna məxsus iki baş iribuynuzlu heyvanı yolda vuraraq tələf edib.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gələrək qəzanın başvermə səbəblərini araşdırmaq üçün protokol tərtib ediblər.
Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
282 311 293 300 328 280

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.