HASANLY

HASANLY Xəbərlər 14-12-2019, 12:00

Humanitar təşkilatın 4 üzvü öldürülüb

Humanitar təşkilatın 4 üzvü öldürülüb
Nigeriyanın şimal-şərqində iyul ayında girov götürülmüş "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının 4 üzvü öldürülüb.
Loading.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda deyilir: "Aclığa qarşı hərəkat" qəti şəkildə bu dörd qətli qınayır və təşkilatın girovların sərbəst buraxılması ilə bağlı çağırışlarının dinlənilməməsindən təəssüflənir".
Qeyd edək ki, cari ilin iyul ayında Nigeriyanın Borno ştatında naməlum şəxslər "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının avtomobil karvanına hücum edib. Silahlı hücum nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə girov götürülüb. Girov götürənlər arasında humanitar təşkilatın 1 üzvü, iki sürücü və ölkənin Səhiyyə Nazirliyinin 3 əməkdaşı olub. Sentyabr ayında girovlardan birinin öldürüldüyü bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 384 359 382 359 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.