Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 14-12-2019, 14:00

Facebook mühasibinin maşınından 20 mindən çox işçinin məlumatları OĞURLANDI

Facebook mühasibinin maşınından 20 mindən çox işçinin məlumatları OĞURLANDI
Facebook şirkətində 2018-ci ildə işləyən 29 minə yaxın işçilərin məlumatları olan disk mühasibinin avtomobilindən oğurlanıb.

LOADİNG.AZ-ın life.u-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Bloomberg" yazır.

Adlar, bank kartlarının və sosial sığortaların nömrələri, ödəniş cədvəlləri və hesabları haqqında olan şəxsi məlumatlarla dolu disk noyabrın 17-də oğurlanıb, lakin oğurluq barədə üç gün sonra məlum olub.

Zərərçəkənlər isə hadisə haqqında üç həftə sonra, dekabrın 13-də, məlumatlandırılıb.

Şirkətin mətbuat katibi hesab edir ki, bu, adi oğurluq olub, sırf məlumatları ələ keçirmək istəyi olmayıb, çünki həmin məlumatlarla hər hansı bir qanunsuzluq qeydə alınmayıb.

Qeyd olunur ki, disklər üümumiyyətlə ofisdən çıxarılmamalı idi və onları avtomobilinə qoyan əməkdaş barəsində cəza tətbiq olunub. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 271 306 341 336 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.