HASANLY

HASANLY Xəbərlər 14-12-2019, 14:00

Əməkdar artist nəvəsinin ADINI DƏYİŞDİRDİ: Qondarma ad qoymuşdular

Əməkdar artist nəvəsinin ADINI DƏYİŞDİRDİ: Qondarma ad qoymuşdular
"Nəvəmin adını Dəniz qoyduq. Nəvəyə bir qondarma ad qoymuşdular"
Loading.Az xəbər verir ki, bunu əməkdar artist Könül Kərimova "Zaurla Günaydın"da aparıcı Günayın "Nəvənizin adını nə qoydunuz?" sualına cavab verərəkən deyib.
Əməkdar artist cavabının ardında "Dəniz"in nəvəsinin ilk adı olmadığını da diqqətə çatdırıb:


"Gedirik uşağı çıxartmağa, adını eşidəndə nətəri sifətim döndüsə... Bilirsiniz necədir, mənası vacibdir. Niyə bizim öz adlarımızdan olmasın?! Adını Hilay, Nilay, nə qoymuşdularsa heç yadımda da qalmadı. Milay idi e, hə. Dedim, elə bundansa Miraz qoyardınızda. Milay nə idi? Özüm-özümə başladım deyinməyə ki, adamla bir məsləhət eləyin. Deyinə-deyinə qaldım. Adı mənim öz qızım qoymuşdu. Oğlan tərəfin, yazıqların günahı yox idi. Deyirəm, "Ay qız, onun mənası nədir?". Deyir "Ayparçası". Dedim elə qoyardın Ayparçası da, başa düşsün camaat". Ürəyimdən keçirdi ki, nə vaxt nəvəm olsa "Dəniz" adı qoyardım. Bunu eşidiblər, gəldilər ki, "Hə, Dəniz qoyuruq". Bilsəydim adını "Nəfəs" qoyardım. Mən indi ona Nəfəs deyirəm. Sənətdə Dənizdir. Görəsən üçüncü nə olacaq (gülür)".
Xatırladaq ki, əməkdar artistin qızı Ləman 2017-ci ilin noyabrında Orxan adlı bəylə evlənərək Ağcabədi rayonuna gəlin köşmüşdü. Cütlüyün bu ilin 8 iyul tarixində Dəniz adlı qızları doğulub. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 320 287 268 292 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.