Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 14-12-2019, 21:45

Qadının məzarı kişininkindən niyə dərin qazılır? — Din xadimi SƏBƏBİ açıqladı

Qadının məzarı kişininkindən niyə dərin qazılır? — Din xadimi SƏBƏBİ açıqladı
Qadın mərhumlar dəfn olunarkən, kişilərdən daha dərinə basdırılır. Bəziləri iddia edir ki, qadın kişidən ona görə dərinə basdırılır ki, torpağın altında da naməhrəmlərin gözündən qorunsun.
El arasında bunu da yarızarafat-yarıciddi söyləyirlər ki, qadınları dillərinə görə dərin basdırırlar.

Nə üçün qadınların qəbri, kişilərin məzarından daha dərin qazılır? Ümumiyyətlə İslam dinində qadının kişiyə nisbətən daha dərində basdırılması qəbul ediləndirmi?

İçərişəhər Cümə məscidinin imamı hacı Surxay Məmmədli Modern.az-a İslam dinində belə bir məqamın olmadığını vurğulayıb:

“Yəni dində ayrı-seçkilik yoxdur. Qadın və kişi dünyasını dəyişəndə hər ikisi Allahın rəhmətinə qovuşur. Bu məsələyə başqa bir aspektdən yanaşmaq düzgün deyil.
Şəriətimizdə qadınla kişinin qəbrinin dərinliyi arasında fərq nəzərdə tutulmayıb. Bu, şəriətə deyil, ürfə (adət-ənənəyə) əsaslanan bir məsələdir. Qadınların dərin basdırılmasının başqa səbəbi var ki, bu da xoşagəlməz qoxuyla bağlıdır. Əsas səbəbi hədislərdə belə göstərilir:
“Qadınlar dəfn olunarkən, kişilərə nisbətən bədəndə çürümə gedən zaman daha çox pis qoxu gəlir”. Çünki qadının bədəni daha tez iylənir. Məhz bu əsas səbəb kimi götürülərək, kişilərlə müqayisədə dərində basırılır”. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
347 391 371 349 363 366

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.