Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 14-12-2019, 09:00

Safuradan səhnəyə qayıtması ilə bağlı açıqlama

Safuradan səhnəyə qayıtması ilə bağlı açıqlama
“Mənim böyük yaradıcılıq təcrübəm var. Hər zaman tamaşaçıların sevgisini və dəstəyini hiss etmişəm. Düşünürəm ki, onlara yaxşı mahnılar ərmağan etməyi bacarmışam”.

Axşam.az xəbər verir ki, bu sözləri ötən gün səhnəyə qayıdacağı barədə xəbərlər çıxan Safura Əliyeva 1news.az-a açıqlamasında deyib.

Müğənni bildirib ki, yayılan məlumatların bir qismi doğrudur:

“Bəli, “High On Your Love” adlı mahnı səsləndirmişəm. Bu, sevənlərimə Yeni il hədiyyəm olsun. Musiqi hər zaman mənimlə yaşayacaq. Ancaq peşəkar səhnəyə geri dönməyəcəm”.
Qeyd edək ki, S.Əliyevanın səhnəyə geri dönməsi ilə bağlı məlumatı “Eurovision” yarışmasının rəsmi fan klubu “INFE Azerbaijan” yayıb.
Onu da bildirək ki, müğənni 2013-cü ildə mərhum Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlənərək səhnədən uzaqlaşıb. Onların bu evlilikdən üç övladı var.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 438 355 360 397 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.