Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 15-12-2019, 11:19

Çin ABŞ mallarına rüsum tətbiqini təxirə saldı

Çin ABŞ mallarına rüsum tətbiqini təxirə saldı
Çin hökuməti ABŞ mallarına, o cümlədən avtomobil və avtomobil ehtiyat hissələrinə əlavə rüsumun tətbiq olunmasını müvəqqəti olaraq təxirə salıb.

Bu barədə Çin Gömrük Komitəsi bəyanat verib.
“ABŞ-dan idxal olunan bəzi mallara dekabrın 15-nə planlaşdırılan 5% və 10% rüsum tətbiq edilməsi müvəqqəti olaraq təxirə salınır”, - deyə sənəddə bildirilib.
Digər ABŞ mallarının da rüsumdan azad edilməsi planlaşdırılır.
Qeyd edək ki, cümə günü ABŞ dekabrın 15-nə planlaşdırılan bəzi Çin mallarına 15% rüsum tətbiqini rəsmi olaraq təxirə salıb. Həmin gün Çin və ABŞ ticarət sazişinin birinci mərhələsi üzrə razılaşmaya nail olublar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
402 352 378 348 374 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.