HASANLY

HASANLY Xəbərlər 16-12-2019, 14:28

Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı

Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı
Azərbaycanda yaşayan Türkiyəli iş adamı Yusuf Ziya Dəmir yol polisinə təşəkkür edib.
Loading.Az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə o, öz "Facebook" hesabında yazıb. Yusuf bəy deyir ki, Bakıdan İsmayıllı-Gəncə-Qazax istiqamətində səyahət edərkən çətin anlar yaşayıb.
"İsmayıllıda bir az qar var idi, havanın temperaturu -1 dərəcəydi, axşam 23.00-a yaxın idi. Maşınımın təkəri boşalmışdı. Ehtiyat təkəri dəyişmək istəyirdim.
Bu zaman qan təzyiqimin yüksəldiyini hiss etdim və bir az düşməyini gözlədim. Həmin baxt ərazidə xidmət aparan bir yol polisi mənə yaxınlaşıb problemin nə olduğunu soruşdu.
Təkəri dəyişdirməli olduğumu, amma təzyiqim olduğu üçün dəyişə bilməyəcəyimi dedim. Yol polisi təkəri dəyişdirməyimə kömək etdi.
Hətta məni xəstəxanaya aparmaq istədi, amma özüm gedəcəyimi söylədim və həmin polis qardaşımın telefon nömrəsi, adı və soyadı qeyd etdim. Təşəkkür edərək yolumda davam etdim".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
297 284 326 249 326 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.