Bu ölkənin sakinləri qocalıqda da işləyə bilmək üçün maraqlı üsula əl atıblar - VİDEO
Yaşlı vaxtlarında da işləməyə davam etmək üçün Yaponiyanın qoca sakinləri ekzoskeletlər taxmağa başlayıblar. Qeyd edək ki, bu ölkənin əhalisi dünyanın ən yaşlıları sayılır.
Bu barədə “NewsLand” xəbər verib.
Məlumata görə, bu qurğular ağır yüklərin daşınmasını asanlaşdırır və yükü onurğa, ayaq və qollardan azad edir. Hazır vəziyyətdə qurğu insanlara çətinlik çəkmədən 24 kq-a qədər yük qaldırmağa imkan verir. Bir ekzoskelet təqribən 1300 dollara (2210 AZN) başa gəlir.
Kompaniyadan bildirilib ki, müştərilərdən biri qida istehsalı ilə məşğul olan ailə kompaniyasıdır. Ekzoskeletin yardımı ilə ailə başçısı 70 yaşına baxmayaraq ağır işləri asanlıqla görə bilib.