Röyanın "Nazlı"sı - VİDEO
Xalq artisti Röya Ayxan “Nazlı” adlı yeni mahnısını təqdim edib.
Röya bu barədə instagram hesabında paylaşım edib.
Müğənni qeyd edib ki, bəstənin sözləri Dilarə Şahidə, musiqisi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə, aranjimanı isə Hakan Erola məxsusdur.
Röya sözügedən mahnını mart ayında Bakı Konqres Mərkəzində baş tutacaq konserti üçün hazırlayıb. Belə ki, o, “Nazlı”nı musiqili gecədə iştirak edəcək xanımlara həsr edib.
Qeyd edək ki, sənətçi “Congress Center Hall”da mart ayının 7, 8 və 9-u canlı solo konsert proqramı ilə çıxış edəcək.