Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 24-12-2019, 22:13

Mehriban Əliyeva İlham Əliyevi doğum günü münasibətilə təbrik edib - FOTO

Mehriban Əliyeva İlham Əliyevi doğum günü münasibətilə təbrik edib - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. 

Birinci vitse-prezident bununla bağlı öz “İnstagram” hesabında yazıb: 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. 

Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!” 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 405 333 398 456 378

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.