Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 2-01-2020, 23:07

Həm kalorisi, həm də faydası çox olan 5 məhsul

Həm kalorisi, həm də faydası çox olan 5 məhsul
Pendir, şokolad, avokado, zeytun yağı kalorili olmalarına baxmayaraq, sağlamlıq və bədən quruluşuna müsbət təsir göstərirlər.

LOADING.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, əzələ yığmaqda kömək edən zülalla yanaşı, pendirdə çoxlu maqnium, kalsium, fosfor, B12 vitamini var ki, onlar da bağırsaqda metabolik proseslərin düzgün tənzimlənməsinə xidmət edir.

Şokolad (qara). Şokoladın tərkibində çoxlu yağ olmasına baxmayaraq, faydalı mikroelementlərin (maqnium, dəmir, kalium, manqan, natrium, B1 və B2 vitaminləri) zənginliyi sayəsində bu məhsul xolesterinin toplanmasını azaldır. Bundan başqa, qara şokalad hədsiz iştahın ideal yatırıcısıdır.

Yumurta. Tərkibindəki böyük miqdarda xolesterinə görə o, yağlı məhsullara aiddir. Lakin son tədqiqatlar göstərir ki, yumurtanın tərkibindəki xolesterin qandakı xolesterinin səviyyəsinə təsir göstərmir. Bu məhsul bizi orqanizm tərəfindən asanlıqla həzm olunan zülalla təmin edir. Bədən quruluşunun ideal olmasında vacib qida maddələrindən biri də zülaldır.

Avokado. İsrailli alimlər kaliumla zəngin olan məhsulların çəkinin azalmasına təsir göstərdiklərini müəyyən ediblər. Avokado tərkibindəki kaliuma görə yetərincə fərqlənir. Onda digər meyvələrlə müqayisədə 40% daha çox kalium var.

Zeytun yağı. O, iştahı və qan təzyiqini aşağı salır, eləcə də anti-iltihabi gücə malikdir. Zeytun yağı sürətli yağ yandırmağa müsbət təsir göstərir. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
503 501 447 373 398 374

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.