İlin ən uğursuz video oyunları hansılardır? – ANTİREYTİNQ AÇIQLANDI

İlin ən uğursuz video oyunları hansılardır? – ANTİREYTİNQ AÇIQLANDI
2019-cu ilin ən uğursuz video oyunlarının adları açıqlandı.

LOADİNG.AZ ted.az-a istinadən bildirir ki, bu haqda "Metacritic" şirkətinin mütəxəssisləri məlumat yayıb.

Cari ilin ən uğursuz video oyunu "Eternity: The Last Unicorn" olub. Mütəxəssislərin fikrincə, sözügedən video oyun köhnə mexanika üsulunda hazırlanıb. "Eternity: The Last Unicorn" oyunu 100 baldan yalnız 36 bal toplayıb. Siyahıda ikinci ən uğursuz video oyun adına "Sony - Left Alive" layiq görülüb. "Sony - Left Alive" 37 bal toplayıb. Digər uğursuz video oyun isə ardıcıl şəkildə "Nintendo - shooter Contra: Rogue Corps" və futbol simulyatoru olan "FIFA 20: Legacy Edition" olub.

Həmçinin anti-reytinqə "Narcos: Rise of the Cartels" video oyunu da düşüb. Netflix strategiyasının motivləri əsasında hazırlanan "Netflix" video oyunu isə 100 baldan 46 bal toplayaraq 10-cu yerdə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 440 417 446 384 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.