Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 4-01-2020, 09:00

"Formula 1" yarışının loqosu dəyişdi

"Formula 1" yarışının loqosu dəyişdi
"Formula 1" dünya çempionatının 70 illiyi münasibətilə xüsusi loqotip hazırlayıb. 

Yubiley loqotipi Yeni İl gecəsində təqdim olunub. Təşkilatçılar seriyanın rəsmi emblemini müasirləşdirərək, 70 rəqəmini əlavə ediblər. 

Əsas loqotipdəki kimi qırmızı rəngə boyanan rəqəm yarış trası sahəsini xatırladır. Televiziya yayımçılarına "70"i öz firma rənglərinə boyamaq hüququ verilib. 

Yanvarın 6-dan loqotip "Formula 1"in bütün rəqəmsal platformalarında istifadə olunacaq. Təşkilatçılar xüsusi loqotipi "Formula 1"in yubileyinin qeyd olunması istiqamətində ilk addım kimi dəyərləndiriblər. Tədbirlər ilboyu davam edəcək. 

Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
388 364 314 384 372 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.