Kənan Heydərov

Kənan Heydərov Texnologiya 1-02-2020, 10:00

"WhatsApp"la bağlı XƏBƏRDARLIQ - Şəxsi məlumatlar ələ keçə bilər

"WhatsApp"la bağlı XƏBƏRDARLIQ - Şəxsi məlumatlar ələ keçə bilər
"Telegram" messencerinin yaradıcısı "WhatsApp" tətbiqindən istifadənin səbəb olduğu təhlükələrdən danışıb.

Bu barədə RİA "Novosti" məlumat yayıb.

Pavel Durov qeyd edib ki, istifadəçilər tez-tez smartfonları dəyişdirərkən məlumatları ehtiyat nüsxə faylında saxlayırlar. Bu fayl şifrələnməmiş olduğu üçün təhlükəlidir.
O həmçinin əlavə edib ki, tətbiq qurucuları tərəfindən qəsdən yaradılan və təhlükəsizlik qüsurlarını aşkar edən proqramlar yazışmaların məxfiliyini aradan qaldırmaq üçün istifadə edilə bilər.

"Tərtibatçılar bu addımı hüquq mühafizə orqanlarının təzyiqi altında edirlər. "WhatsApp"da olduğu kimi gizli mənbə kodu olan tətbiqlərə etibar etməməyi məsləhət görürəm", - deyə Pavel Durov əlavə edib.

Qeyd edək ki, dünyanın ən varlı şəxsi sayılan "Amazon"un sahibi Jeff Bezosun telefonundakı şəxsi məlumatlar "WhatsApp"a göndərilən fayl vasitəsilə ələ keçirilmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 448 470 458 454 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.