Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 14-02-2020, 09:09

Avro-2020-nin ən populyar şəhərləri - Bakı "TOP-5"də

Avro-2020-nin ən populyar şəhərləri - Bakı "TOP-5"də
Dünyanın ən böyük otel rezervasiya sistemlərindən olan "Booking.com" istifadəçilərin axtarış sorğularına əsasən, "Avro-2020"-nin ən populyar şəhərlərinin sıralamasını tədim edib.

İlk 5-likdə paytaxt Bakı da yer alıb.  Paytaxtımız siyahının 4-cü pilləsində qərarlaşıb.  

Bakı bu nəticə ilə Sankt-Peterburq, Roma və Kopenhagendən geri qalsa da, final mərhələsinin görüşlərini qəbul edəcək London Amsterdam, Berlin və Bilbao kimi şəhərləri qabaqlayıb. "TOP-5"liyi  Dublin qapayıb.
Bundan əlavə "Avro-2020"nin qrup mərhələsinin ən çox maraq dairəsində olan oyunlarının siyahısı da açıqlanıb. Bakıda keçiriləcək Uels - İsveçrə qarşılaşması 2-ci olub. Sözügedən görüş 13 iyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu sıralamada isə birinci Kopenhagendə oynanılacaq Danimarka - Finlandiya görüşü olub. 
Qeyd edək ki, paytaxtımızda qrup mərhələsi çərçivəsində  iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matlçarı keçiriləcək. Eləcə də 1/4 finalın 1 oyunu da Bakıda olacaq 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 354 334 318 337 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.