amon

amon İdman 24-04-2021, 15:49

AVRO-2020-nin keçiriləcəyi şəhərlərin sayı azaldıldı - RƏSMİ

AVRO-2020-nin keçiriləcəyi şəhərlərin sayı azaldıldı - RƏSMİ
UEFA İcraiyyə Komitəsi Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin yekun siyahısını təsdiqləyib.

Loading.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsininnin bugünkü iclasında təşkilatçı şəhərlərin sayının 12-dən 11-ə endirilməsi açıqlanıb.

Əvvəlcədən bilindiyi kimi, azarkeşlərlə bağlı təminat verməyən İrlandiyanın Dublin şəhəri ev sahibləri siyahısından çıxarılıb. Buradak keçirilməli olan qrup görüşlər Rusiyanın Sankt-Peterbur, 1/8 final mərhələsindəki oyun isə Londona həvalə olunub.

İspaniyanın Bilbao şəhəri də eyni səbəbdən ev sahibliyindən məhrum edilib. Bilbaoda keçirilməsi nəzərdə tutulan oyunlar Sevilyada olacaq.

Beləliklə, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.

Xatırladaq ki, 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
496 489 483 497 514 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.