Deyək ki, getmədim...
- Deyək ki, getmədim. Səninlə bərabər olmağa davam etdik. Nə dəyişəcəkdi?
+ Səhərlər bərabər oyanardıq. Mən səndən öncə qalxardım. Sənin yatmağını izləyərdim, sonra sən oyanardın. Mənə gülümsəyərdin. Sonra, səhərlər çayı tək şəkərli içdiyini, günün digər saatlarında şəkərsiz içdiyini bilmiş olardım, o ilk şəkəri mən atardım çayına, zərifcə əritməyini izləyərdim. Sonra, ən çox boynundan öpülməyi sevdiyini bilmiş olardım. Sonra bayıra çıxardıq. Bayırda yağış yağardı, biz çətir götürməzdik. Tam islanmış olardıq. Sonra sən mənə sığınırdın. Üşüyərdün, ayaqların buz kimi olurdu. Mən sənə ən sevdiyin o mavi corablarını gətirirdim. Sonra, bayramlarda nənənin məzarını ziyarətə gedərdik. Həyatda ən sevdiyin qadın üçün ağlayışını izləyərdim sənin. Heç bir şey etməzdim, göz yaşlarını silməzdim, səni təsəlli etməzdim. Orada eləcə ağlayışını izləyərdim. Başqa insanların məzarlarının arasından dolaşaraq, həyatın nə qədər şəhanə bir şey olduğunu düşünərdim. Sonra... sonra heç bir şey etməzdik. Eləcə oturardıq. Çox bilinməyən bir sualın cavabını axtarardıq. Həyat bizi yalançı çıxaranadək, tapdığımız cavabları doğru sanardıq.