İdmançılar da koronavirusa yoluxdu, oteldən bayıra buraxılmırlar- İSTİ ÖLKƏDƏ - VİDEO
Rusiyadan olan iki velosipedçi Birləşmiş Ərəb Əmirliklərində ölümçül "COVID-2019" virusuna yoluxublar.
LOADİNG.AZ-ın cosmo.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə BƏƏ Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sport.ru-nun verdiyi məlmata əsasən, idmançılar bir həftəyə yaxındır, Əbu-Dabi otellərindən birində karantində saxlanılırlar.
Hər iki idmançı Rusiya nümayəndə heyətinin tərkibində "BƏƏ Turu"na yollanıblar. Onların bu xəstəliyə velosiped yarışına qatılan italiyalı iştirakçılardan yoluxduğu ehtimal olunur.
Hökumət yarışları ləğv etmək qərarına gəlib.
Komandanın digər üzvlərindən və xəstələrlə təmasda olan hər kəsdən analizlər götürülüb.
Rusiyanın BƏƏ-dəki səfirliyi xəstə idmançılarla əlaqə saxlayır. Rəsmilərin sözlərinə əsasən, xəstələrin vəziyyəti qənaətbəxşdir.
Qeyd olunur ki,Fransadan olan idmançılar da karantində saxlanılır.