HASANLY

HASANLY Xəbərlər 2-04-2020, 17:54

"İnsan nə qədər ata-ana muğamı oxuyar?" - Xalq artistindən tənqid

"İnsan nə qədər ata-ana muğamı oxuyar?" - Xalq artistindən tənqid
"Bir də baxırsan səhər efirdə ağlaşma. Gündəmə gəlmək üçün hansısa problemi atırlar ortaya, bir həftə ortada fırlandı. Bunların konsertləri, işləri yoxdur?".
Bu sözləri Xalq artisti Nəzakət Teymirova "Show news" verilişində deyib. Muğam ifaçısı verilişlərdən gileylənib. Teymurova eyni zamanda efirdə ana-ata muğamı oxuyanları tənqid edib:

"İnsan nə qədər ata-anadan oxuyar? Başqa mövzu yoxdur? Hər kəsin ata-anası insanın özünə Allahdan sonra ikinci müqəddəs varlıqdır. Bu, cılızlaşmağa doğru gedir. Biz də sevirik, ananı əzizləyirik. Elə olur ki, gecə səhərə kimi anamın başının üstündə dayanıram. Qardaş, bacı muğamı olar? Belə şeyləri cılız görürəm. Həmin kateqoriyadan olanları dəstəkləmirəm.


Başa düşürəm, günlük verilişlər var, plan doldurmaq üçün onları çağırırlar. O qədər sənətkarlarımız var... Amma bu sənətkarlar heç vaxt qapını döyməz ki, bizi efirə çağırın. Bunların işi efirə çıxıb, gündəmdə olub, toy biznesi ilə məşğul olmaqdır. Gündəmdə olmaq şərt deyil. Karifeylər gündəmdə olub? Yox, amma indi biz onların sənətindən bəhrələnirik".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
299 362 324 370 309 328

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.