Makqreqor: "Qetjini öldürüb dişlərindən boyunbağı düzəldəcəyəm!"
Qarışıq üslublu döyüşçü (MMA), irlandiyalı Konor Makqreqor özünün "Twitter" səhifəsində müvəqqəti UFC çempionu Castin Qetjiyə sərt müraciət edib.

LOADİNG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Konor amerikalı döyüşçünü öldürmək və dişlərindən boyunbağı düzəltməklə hədələyib.
Makqreqor, həmçinin, Qetjini terror təşkilatının üzvü olmaqda ittiham edərək, onun ABŞ-ı yarışlarda təmsil etməyə layiq olmadığını qeyd edib.
Xatırladaq ki, Castin Qetji mayın 10-da həmyerlisi Toni Fergüsonu məğlub etdikdən sonra UFC-nin yüngül çəki dərəcəsində çempionluq kəmərini qazanıb.

lkin qərara əsasən, Fergüsonun rəqibi rusiyalı Həbib Nurməhəmmədov olmalı idi, lakin pandemiyayla əlaqədar, Həbib döyüşdən imtina edib və qərarının səbəbini "bütün dünya karantindədir" deyərək açıqlayıb.