amon

amon Sevgi 26-07-2020, 15:36

Hər zamankindən daha çox

Hər zamankindən daha çox
Hər zamankindən daha çox ehtiyacım vardı sənə bu gecə!
"Anlamadın"
Elə bir haldaydım ki heç bu qədər kimsəsiz hiss etməmişdim özümü. Təkliyim ən yaxın dostum olmuşdu mənə. Toxunma mənə daha çox yandırma canımı. Ağlamamaq üzrə söz verdiyim qürurumu da tapdaladım atdım yenə. Qəribədir ki; özümə belə söz keçirə bilməz oldum artıq. Öz həyatıma belə istiqamət verə bilməz oldum. Özünü səhnəmdən baş rolunu oynadığım bu filmdən çəkildiyimi hiss edirəm. Yoruldum !..

Hər zamankindən daha çox gözlədim dönməyini bu gecə!
"Dönmədin"
Gözüm,qulağım qapıda idi həmişə. Ən kiçicik bir səsdə geri döndüyünü düşündüm. Kölgən belə addım-addım qaçırdı sanki məndən. Halbuki heçnə olmamışcasına girəcəkdin qapıdan qulağıma pıçıldayacaqdın. "Mən gəldim" deyəcəkdin yuxudan oyandırmayacaqdın. "Sevgilim" deyəcəkdim sənə "sevdiyim xoş gəldin!" O an dünyanın ən xoşbəxt insanı mən olacaqdım, olmadı. Amma hər yeni doğan günəşə inad gözlədim mən hər gecə səni. Bilməsəndə bilmək istəsəsəndə elə dəli sevdim ki səni! Çox sevdim!

Hər zamankindən daha çox darıxdım sənin üçün bu gecə!
"Hiss etmədin"
Bir zamanlar məni buludların üstündə yaşadan o insan "sənin" üçün darıxdım. Və onun gözlərində özünü tapan tam-əskiksiz olan o kiçik qızı "mənim" üçün darıxdım. Amma ən çoxda "bizim" üçün darıxdım. Və bizi axtardım bu gecə hər kəsdə,hər şeydə,tozlu albomlarda,qurudulmuş çiçəklərdə,gözyaşlarıyla islanmış şeirlərdə, hər yerdə! Tapa bilmədim !

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
696 707 664 731 686 732

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.