amon

amon Şeirlər 26-07-2020, 15:49

İzah edə bilsəm

İzah edə bilsəm
Hər gün eyni hissləri yaşamaq
Bu hissləri yenidən deyil ilk dəfə yaşamaq
Yaşayıb xəyallarda qurduğun anların həyacanını yaşamaq
Və o həyacanı səndə yaşatmaq ümidilə
Səni məndən daha çox sevirəm...

Məndən soruşsan sevgimi izah edə bilmərəm.
Kiçik bir yazı,
Kiçik bir şeir,
Bir yağış, yaş bir torpaq ya da
Yeni açmış bir qönçə...
Hamısı ayrı-ayrı izah edə bilər içimdən keçən sevgimi,
Tək mən izah edə bilmərəm.



Görünməz dünyamda höküm sürən xəyallarım,
Ürəyimin hökmünə girən sevinclərim,
Və sənə sakitcə baxan baxışlarım,
Hamısı izah edər sənə olan sevgimi.
Mən izah edə bilmərəm.

Bir pəncərədən sakitcə baxıb,
Günəşin batdığını görərkən qəm etdiyini düşünüb,
Və onun yenidən çıxaraq dünyaya gülüşünü görüb,
Bunları anlayıb ümidlərlə səni gözlədiyimi
Bir izah edə bilsəm.


Bir çiçək tək ikən onu susuz qoymayan yağışın,
Onu öz istisi ilə qoynuna alan günəşin,
Sevgilərini görərkən
Və o çiçəyin başını yerdə dikməsi
Bütün bunlar izah edər sevgimi
Amma mən izah edə bilmərəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 530 428 502 471 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.