Kənan Heydərov

Kənan Heydərov İdman 1-08-2020, 15:38

Ronaldinyo bəraət ala bilər

Ronaldinyo bəraət ala bilər
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo avqust ayında vaxtından əvvəl ev dustaqlığından azad oluna bilər.

Bu barədə ESPN telekanalı məlumat yayıb.


Mənbə yazır ki, Ronaldinyo və qardaşı törətdiyi əməli səmimi etiraf edərək, cərimə ödəsələr, ev dustaqlığından azad oluna bilərlər.

Vəkillər isə dünya şöhrətli sabiq futbolçuya tələsməməyi məsləhət görüb. Müdafiə tərəfi iddia edir ki, prokurorluğun əlində kifayət qədər sübut olmadığından, məhkəmə tezliklə Ronaldinyonu azad etməyə məcbur olacaq.

Qeyd edək ki, 39 yaşlı keçmiş ulduz futbolçu və qardaşı Assisi saxta sənədlərlə Paraqvaya səfər edərkən aeroportda saxlanılıblar.

Bir müddət əvvəl məhkəmənin qərarı ilə Ronaldinyonun həbsi ev dustaqlığı ilə əvəz edilmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
520 575 494 445 456 469

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.