ÊLfidÂ

ÊLfid Mətbəx 16-08-2020, 20:19

Çox sadə tort resepti

Çox sadə tort resepti
Un-140qr
Şəkər tozu-120qr
Yumurta-6ədəd
Vanil-1paçka

Kremi üçün:
Qatılaşdırılmış süd-380qr
Qaymaq-1litr(35%yağlı)(şanti də olar)
Qaynadıb soyudulmuş su-100qr
Meyvə(zövqünüzə görə)

Hazırlanma qaydası:
Öncə 6 yumurtanın ağını sarısından ayırırıq. Bir çimdik duz əlavə edib mikserlə çalırıq.
Daha sonra az-az şəkər tozunu əlavə edirik. Bunları yaxşı-yaxşı çaldıqdan sonra yumurta sarısını əlavə edirik.
Mikserlə tam çalırıq və bunlar yaxşı qarışdıqdan sonra unumuzu vanillə birlikdə ələkdən keçirib əlavə edib yavaşca qarışdırırq.
Beləliklə tortumuzun biskivit xəmiri hazır olur. Onu tort qabına töküb sobada bişiririk.
Biskiviti sobadan çıxarıb soyumağa qoyuruq. Soyuduqdan sonra isə onu 3hissəyə bölürük.
Qatılaşdırılmış süddən 2x.qaşığı götürüb üzərinə 100qr su töküb şərbət hazırlayırıq. Bu qatılaşdırılmış süddən hazırladığımız şərbəti tortun hissələrinə az-az əlavə edirik. Təbii ki də kremi daha öncə hazırlayırıq.

Kremin hazırlanması:
Qaymaq və qatılaşdırılmış südü mikserlə çalırıq və kremimiz hazırdır.

Nuş olsun

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
662 545 563 548 553 461

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.