Göbələkli spagetti-Dadlı, asan və faydalı
Ərzaqlar:
•Makaron;
•500 qr şampinyon göbələyi;
•300 qr toyuq filesi;
•200 ml qaymaq;
•70 qr kərə yağı;
•1 baş soğan;
•2 diş sarımsaq;
•Duz;
•İstiot;
Hazırlanması:
•Tavaya kərə yağı əlavə edib isidin.
•Soğanı soyub xırda doğrayın.
•Soğanı yağda şəffaflaşana qədər bişirin.
•Sarımsağı soyub sarımsaq əzən vasitəsi ilə əzib əlavə edin.
•Daha sonra toyuğun döş ətini doğrayıb əlavə edin və təxminən 6-7 dəqiqə bişiririk.
•Toyuğun suyu çəkiləndə doğranmış şampinyon göbələyini də tavaya əlavə edib qarışdırın.
•Göbələyin suyu çəkilənə qədər bişirin.
•Duz və istiot əlavə edib qarışdırın.
•Sonda qaymağı əlavə edib 2 dəqiqə ocaqda saxlayıb altını söndürün.
•Makaronu adi qaydada qaynadıb süzün.
•Hazırladığınız qaymaqlı göbələkli qarışımı makaron ilə qarışdıra, üzərinə qoya və ya ayrı-ayrılıqda süfrəyə verə bilərsiniz.
Nuş olsun.