Arzum

Arzum Sağlamlıq 28-08-2020, 20:00

Az yemək üçün BUNLARI EDİN

Az yemək üçün BUNLARI EDİN
Arıqlamaq haqqında yazılan “#KetoDiyeta. Yağ yeyə bilərsiniz!" kitabının müəllifi, tibb elmləri doktoru Vasiliy Generalov az yeməyin yolunu açıqlayıb.

Bu barədə "MK v Volqograde" yazır. Mütəxəssisin fikrincə, bunun üçün yarımfabrikat məhsullardan və "fast foosd"dan tamamilə imtina etmək, sağlam qidaya keçmək və yalnız təbii məhsullardan, xüsusən də yumurta, ət, balıq, yaşıl salatlar və meyvə-tərəvəzdən istifadə etmək lazımdır.

Generalov bildirib ki, dad reseptorları yaxşı işləmədikdə insanlar daha çox yemək yeyirlər. Bu isə yarımfabrikat və "fast food"lardan çox istifadə etdikdə baş verə bilər, çünki onların tərkibində konservantlar və dadverici əlavələr olur.

Həkimin sözlərinə əsasən, qeyri-sağlam qidalardan imtina etdikdə reseptorlar daha yaxşı işləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
418 492 379 501 451 341

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.