Şirlər onları xilas edib illərlə qulluq edən şəxsi PARÇALADILAR
Cənubi Afrika Respublikasının Hudspreyt şəhərində iki şir onları vaxtilə ölümdən xilas edib qulluq edən qoruq işçisini parçalayıblar.
Loading.Az-ın BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu barədə "New York Post" yazır.
Belə ki, 68 yaşlı Vest Metyuson şirləri gəzintiyə çıxarmaq üçün onların olduğu qəfəsə girib. Qəzəblənmiş 180 kiloqramlıq heyvanlar kişiyə hücum çəkərək ölümcül yaralayıblar.
Metyusonun həyat yoldaşı onu şirlərdən xilas etməyə çalışsa da, bacarmayıb. Vest aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onların gəlini Teri Fergüsson bildirib ki, ailə hələ də baş verənlərin bütün təfərrüatlarını bilmir.
Hücumdan dərhal sonra heyvanlar trankvilizatorla yatızdırılaraq yerli heyvan xilasetmə mərkəzinə köçürülüblər. Buradan onlar vəhşi təbiətə buraxılacaqlar.
Həmin şirlərin şirlərin 2017-ci ildə qaçaraq ferma işçisini də öldürdükləri qeyd olunur. O vaxt Metyuson onların sakit olduğunu deyərək xilas edib özünün safari-parkına gətirmişdi.