Arzum

Arzum Sağlamlıq 29-08-2020, 19:14

Qeysəriyyə əməliyyatında verilən narkoz qadınlarda belə bir problem yaradır

Qeysəriyyə əməliyyatında verilən narkoz qadınlarda belə bir problem yaradır
Qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirən qadınlarda doğuşdan sonradepressiyaya düşmə, intihar düşüncəsində olma meyli artır.

Buna anesteziyanın səbəb olduğu bildirilir.
"Journal of Anesthesia ve Analgesia"da dərc olunan məlumata görə, ABŞ-ın Kolumbiya Universitetinin alimləri apardıqları araşdırmanın nəticəsində bu qənaətə gəliblər. Araşdırmaçılar Nyu-Yorkdakı dövlət xəstəxanasında 7 il ərzində uşaq dünyaya gətirən 400 mindən çox qadınla bağlı nəticələri təhlil ediblər.Onlar hər 100 doğuşdan 8-nin ümumi anesteziya verilərək qeysəriyyə yoluyla baş tutduğunu bildirblər. Həmin hər yüz qadından 3-nündoğuşdan sonra ağır depressiya səbəbi ilə xəstəxanaya yerləşdirilidiyi bildirilib. Onların isə yarıdan çoxu xəstəxanadan çıxandan sonra təkrar xəstəxanaya müraciət ediblər.

Alimlər, ümumi anesteziyanın lokal anesteziyaya nisbətən doğuşdan sonra depressiyanı 54 faiz artırdığını bildiriblər.Ümumi anesteziya intihar haqda düşüncəni və öz-özünə zərər yetirmə riskini isə 90 faiz artırır

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
467 455 410 430 454 432

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.