HASANLY

HASANLY Xəbərlər 1-09-2020, 15:03

Azərbaycanda karantin BU TARİXDƏ bitir - AÇIQLAMA

Azərbaycanda karantin BU TARİXDƏ bitir - AÇIQLAMA
Koronavirus pandemiyasına görə Azərbaycanda karantin rejimi sentyabrın 30-na kimi uzadıldı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın 2 il davam edəcəyini söyləsə də, bir çox mütəxəssislər bu ilin sonuna kimi virusun yox olacağını bildirirlər. Azərbaycanda pandemiya və karantin rejimi nə zaman bitə bilər?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, karantin qaydalarına nəzarət artırılmaldır:

"Amma karantin rejimində yumşaldılmalara gedilməsi vacibdir. Sosial həyatın bütün sahələri bərpa edilməlidir. Qapalı yerlərdə insanların sosial məsafəni gözləməsi, maska taxması və əllərin dezinfeksiya edilməsi məsələsi önəmlidir. Bu qaydalar Dünya Səhiyyə Təşkilatı "pandemiya bitdi" deyənə qədər davam etməlidir. Amma qoyulan qadağalar götürülməlidir. Biz qaydalara əməl etməklə bu virusla yaşamağı öyrənməliyik. Azərbaycan Həkimlər İctimai Birliyi avqustun 31-də bəyanat yayıb. O bəyanatda təhsil və digər məsələrlə bağlı hər şeyin izahını vermişik. Sosial həyatın bütün sahələrində yumşalmalar olmalıdır. Həftə sonu ictimai nəqliyyat işləməlidir. Müəyyən qaydalara əməl edərək iri ticarət mərkəzləri açılmalıdır. Bu qadağalara ehtiyac yoxdur, çünki virus artıq zəifləyir. Bu ilin sonunda virusla biz vidalaşacağıq. Yəqin ki, elə o dövrdə Azərbaycan və digər ölkələrdə karantin rejimi də bitəcək".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 349 344 337 354 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.