HASANLY

HASANLY İdman 2-09-2020, 20:04

Həbib BU TARİXDƏ döyüşəcək

Həbib BU TARİXDƏ döyüşəcək
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə görüşdən əvvəl təlim-məşq toplanışına başlayacağı vaxt açıqlanıb.

Loading.az "Report"a istinadən xəbər verir ki, bu barədə TASS-a dağıstanlı idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

O, Nurməhəmmədovun sentyabrın 10-da Dubaya gedəcəyini bildirib. Maqomedov məşqçi Xavyer Mendesin də döyüşçü ilə birlikdə olacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
603 595 497 544 507 506

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.