HASANLY

HASANLY Xəbərlər 15-09-2020, 15:29

Tramp Həbib haqqında BUNLARI DEDİ

Tramp Həbib haqqında BUNLARI DEDİ
ABŞ prezidenti Donald Tramp Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu dünyanın ən güclü MMA döyüşçüsü adlandırıb.

"Report"un məlumatına görə, bu barədə Tramp Nurməhəmmədovun oktyabrda ABŞ təmsilçisi Castin Geyci ilə qarşılaşması barədə danışarkən açıqlama verib.

ABŞ prezidenti bu görüşə baxacağını bildirib: "Geyci çəki dərəcələrindən asılı olmayaraq dünyanın reytinqdə bir nömrəli döyüşçüsünə qarşı möhtəşəm qarşılaşmaya çıxacaq. O, rəqibini nakauta salacağını söylədi. Döyüş prezident seçkilərindən əvvəl olacaq, amma izləmək fikrindəyik. İnanılmaz mübarizə olacaq".

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC-254 turniri zamanı gerçəkləşəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
509 535 527 465 528 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.