Arzum

Arzum Xəbərlər 3-09-2020, 14:05

190 manat birdəfəlik müavinət sentyabrda verilə bilər - AÇIQLAMA

190 manat birdəfəlik müavinət sentyabrda verilə bilər - AÇIQLAMA
Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi sentyabrın 30-na kimi uzadılıb. Hazırda bir çox "Mallar"ın və iri ticarət mərkəzlərin fəaliyyətinə qoyulan qadağa hələ saxlanılmaqdadır. Qeyd edək ki, 13 rayon və şəhərdə yaşayan aztəminatlı ailələrə sərt karantin rejiminə görə avqust ayı üçün 190 manat birdəfəlik müavinət verilib. Sentyabr ayı üçün də 190 manat birdəfəlik müavinət veriləcəkmi?


Loading.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, cənab prezident İlham Əliyevin siyasətinin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahın yaxşılaşdırılmasıdır:

"Vətəndaşlarımızın sosial qayğısı daim diqqət mərkəzindədir. Bununla bağlı dövlət hər zaman vətəndaşının yanındadır. Əgər karantin rejiminin vətəndaşın sosial durumuna və büdcəsinə hər hansı təsiri olacaqsa bu günə kimi olduğu kimi bundan sonra da kompensasiya olacaq. Vətəndaşlarımızın sağlamlığı və sosial rifahının yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzindədir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
385 375 407 335 307 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.