HASANLY

HASANLY Xəbərlər 3-09-2020, 16:43

Yerli əsərimiz xaricdə BİRİNCİ OLDU

Yerli əsərimiz xaricdə BİRİNCİ OLDU
Azərbaycanlı yazıcı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun˝Relslər üzərinə uzanmış adam˝ romanı Amerikanın ˝Readers' Favorite˝ beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən, ən böyük mükafat fondlarından birinə sahib beynəlxalq ədəbi müsabiqədə qızıl medal qazanıb.
Yerli əsərimiz xaricdə BİRİNCİ OLDU

“Readers Favorite” dünya ədəbi tənqid sferasında fəaliyyət göstərən ən nəhəng qurumlardan biridir.



Təşkil etdiyi müsabiqə ədəbiyyat sahəsində böyük çəkisi olan, faktiki olaraq ən böyük mükafat fondlarından birinə sahib (ümumilikdə 95 000 USD), 150-dən artıq fərqli janrda mükafat verən beynəlxalq yarışmadır. Müsabiqədə dünyanın hər yerindən minlərlə əsər iştirak edir.

Kitab “Readers Favorite” müsabiqəsinə təqdim edildikdən sonra bir neçə mərhələdən keçir. Birinci mərhələdə əsər haqqında resenziya yazılır və beş kateqoriya (estetik görünüş, süjet, ideyanın inkişafı, şəkilləndirmə, nəzərdə tutulan auditoriyaya uyğunluğu) üzrə dəyərləndirmə aparılır. Daha sonra birinci mərhələdən uğurla keçmiş kitablar arasında bir neçə ay ərzində təkrar seçim edilir və qaliblər elan olunur.

Məlumat üçün qeyd edək ki, bir çox nominasiyalarda ümumiyyətlə heç kimə medal verilməyib. Çünki yarışın qaydalarına görə, medal qazanmaq üçün əsər mütləq yüksək meyarlara uyğun olmalıdır.

“Readers Favorite”in açıqlamasına görə, bu il konkurs ötən illərlə müqayisədə həddən çox yüksək olub. Bu cür ağır şərtlərlə yarışaraq birbaşa qızıl medal qazanmaq – yüksək nəticədir.

Nəticələr Amerikanın nəhəng beynəlxalq nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. Qaliblərin kimliyi premial press-reliz vasitəsilə bloqer, jurnalist, naşirlərlərdən və kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 500 000-ə yaxın abunəçiyə çatdırılır.

“Publishers Weekly” iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 000 kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.

Yarışmanın qalibləri Mayamidə keçirilən tədbirdə mükafatlandırılır. Lakin pandemiya səbəbindən builki müsabiqənin təltif olunma mərasimi 2021-ci ildə baş tutacaq. Müəllif də qalib olaraq həmin tədbirə dəvət edilib.

Xatırladaq ki, Rövşən Abdullaoğlunun hazırda 4 əsəri ingilis, rus, türk dillərinə tərcümə olunub və digərləri də tərcümə olunmaqdadır. Bu kitablardan “Relslər üzərinə uzanmış adam” və “Bu şəhərdə kimsə yoxdur” romanları “Amazon” platformasında satışdadır. Müəllifin əsərləri bundan əvvəl də Amerikanın nüfuzlu ədəbi tənqid qurumları tərəfindən yüksək qiymətləndirilib.



Bu göstərici kitablarımızın dünya arenasında layiqli yer tutmağa, vətənimizi, ədəbiyyatımızı gözəl şəkildə təmsil etməyə qadir olmasından xəbər verir.

İnanırıq ki, yazarımız gələcəkdə də vətənimizi beynəlxalq arenada uğurla təmsil edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 418 439 387 426 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.