HASANLY

HASANLY Xəbərlər 11-09-2020, 18:30

Bu kənddə QƏRİBƏ HADİSƏ

Bu kənddə QƏRİBƏ HADİSƏ
Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində sakinlərin evlərinin yandırılmasına cəhd olunub.

Bu günə kimi 10-yaxın ailəyə məxsus mal-qara tövləsi, ot tayaları yandırılıb.

Kənd sakinlərin sözlərinə görə, hələlik hadisənin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil:

"Təhlükə gecə saatlarında yaşanır. İnsanlar bir anda hansısa evin həyətindən kəskin tüstünün çıxmasının şahidi olur. Daha bir maraqlı fakt ondan ibarətdir ki, evlərin hasarlarına "X" hərfi yazılır. Vəziyyət o həddə çatıb ki, kənddə insanlar gecələr keşik çəkir, evlərini, mal-qarasını mühafizə etməyə çalışır".

Məsələ ilə bağlı polis də hərəkətə keçib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən kənd yollarında, eləcə də kənd ətrafı ərazilərdə nəzarət gücləndirilib.
Məlumat üçün bildirək ki, Zəyəm-Cırdaxan kəndi Şəmkir rayonunun ən iri kəndlərindən biridir. Kəndin 10 minə yaxın sakini var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 392 350 360 312 331

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.