Луна

Луна İslam Dini 11-09-2020, 23:30

Bir insana müqəddəs yerlərdən gətirilmiş kəfən hədiyyə etmək olarmı?

Bir insana müqəddəs yerlərdən gətirilmiş kəfən hədiyyə etmək olarmı?
Bir insana müqəddəs yerlərdən gətirilmiş kəfən hədiyyə etmək olarmı?

Hədiyyə iki insan arasında fərdi və şəxsi xarakter daşıyan bir məsələdir. Bir insana hədiyyə verərkən onun zövqünü, dünyagörüşünü, maddi vəizyyətini nəzərə almaq məsləhətdir. Əgər bunlar nəzərə alınmasa, hədiyyə nəinki yerinə düşməz, əksinə, narazılıqla qarşılana bilər. Dindarlar arasında belə bir ənənə var ki, müqəddəs ziyarətlərdən qayıdanda özləri və yaxud yaxın adamları üçün kəfən alıb gətirirlər. Başqa bir şəxsə kəfən hədiyyə etmək günah deyil. Dini düşüncəsi lazımi səviyyədə olan, ölümdən qorxmayan şəxslər bu cür hədiyyəni normal şəkildə, hətta razılıqla qarşılayırlar. Lakin bəzi insanlar bunu bəd əlamət kimi, hətta ona ölüm arzulamaq mənasında qəbul edə bilərlər. Əlbəttə, bu düşüncə kökündən yanlışdır. Amma hər bir halda, belə bir hədiyyəni, onu normal qəbul edə bilən şəxsə vermək məsləhətdir. Əgər kəfən hədiyyə verdikdən sonra anlaşılmazlıq yaranarsa, həmin adamla söhbət etmək, hədiyyənin mənasını izah etmək və könlünü almaq lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
741 780 725 685 667 722

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.