ÊLfidÂ

ÊLfid İslam Dini 24-09-2020, 15:34

Hz.İbrahim'in (a.s) duası

Hz.İbrahim'in (a.s) duası
Bir gün Abdullah b. Cabir (r.a), "Ya, Rəsulallah!" dedi. "Mənə, Allahın hərşeydən əvvəl yaratdığı şeyin nə olduğunu deyərsənmi?"
Rəsulallah belə cavab verdi:
"Hər şeydən əvvəl, sənin peyğəmbərinin nurunu Öz nurundan yaratdı. Nur, Allahın qüdrətiylə istədiyi kimi gəzərdi. O zaman nə Levh, nə cənnət, nə cəhənnəm, nə mələk, nə səma, nə günəş, nə ay, nə insan və nə də cin vardı.
Səmayı bütün gözəlliyiylə aydınlatan nur, sonra ilk olaraq Hz.Adəmin alnında parladı. Sonra peyğəmbərdən peyğəmbərə keçərək Hz.İbrahim'e (a.s) qədər gəldi. Ondan da oğlu Hz.İsmayıl'a keçdi."

"Peyğəmbərlərin atası" olaraq bilinən Hz.İbrahim'in iki oğlu vardı: İshak və İsmayıl (a.s). O, oğlu İshakın nəslindən bir çox peyğəmbərin gələcəyini Cənabı-Haqq'ın ilhamıyla bilmişdi. Ancaq çox sevdiyi Həcər'dən dünyaya gələn oğlu İsmayıl'ın nəslindən peyğəmbər gəlib gəlməyəcəyi məchul idi. Bununla birlikdə nə zamansa son peyğəmbərin gələcəyini də bilirdi. Bu səbəblə də, Son Peyğəmbərin, çox sevdiyi oğlu İsmayıl'ın nəslindən gəlməsini şiddətlə arzulayırdı.

İlk insanı Hz.Adəm olan yerüzünün ilk məbədi Kəbə, uzun zamanın keçməsiylə yıxılmış, demək olar ki, yerlə bir olmuşdu. Hz.İbrahim bu müqəddəs binanın təkrar inşası üçün Cənab-ı Haqq'dan əmr aldı və oğlu İsmayılla dərhal çalışmağa başladı. Kəbənin inşası tamamlandıqda, ata-oğul əllərini açaraq belə yalvardılar:
"Ey Rəbbimiz! Nəslimizdən gələn Müsəlman ümmət içərisindən bir peyğəmbər göndər: ki o, onlara ayətlərini oxusun, kitabı və hökmlərini öyrətsin, onları günahlardan təmizləsin."
Cənab-ı Haqq edilən bu səmimi duayı cavabsız buraxmadı və Hz.İsmayıl'ın nəslindən Hz.Məhəmməd'i (a.s.m) göndərərək qəbul etdi. Bu gerçəyi Məhəmməd (s.a.s) "Mən babam İbrahim'in duasıyam" deyərək ifadə etmişdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
524 593 546 470 496 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.