Луна

Луна Azərbaycan 1-10-2020, 12:30

Şagirdlərimizdən Azərbaycan Ordusuna dəstək

Şagirdlərimizdən Azərbaycan Ordusuna dəstək
Bakı Modern Təhsil Kompleksinin müəllim və şagird heyəti xalqımıza və Azərbaycan Ordusuna mənəvi dəstək məqsədi ilə "Qarabağ bizimdir, bizim olacaq!" aksiyası keçirib.
Bu barədə saytımıza Bakı Modern Təhsil Kompleksinin Baş Direktoru Mina Əliyeva məlumat verib.

Aksiyada Azərbaycan Bayrağı yüksəlmiş, dövlət himni ifa olunmuş və vətənpərvər ruhda şüarlar səslənmişdir.
Kompleksin hərbi rəhbəri tərəfindən cəbhədəki vəziyyət, Milli Ordumuzun qələbələri haqqında məlumat verilmişdir.

"Ümid edirik ki, ön cəbhədə düşmənlə üz-üzə mübarizə aparan hərbçilərimiz üçün uşaqların bu dəstəyi böyük dayaq olacaqdır. Azərbaycan əsgəri, biz Sizinləyik!" - deyə təhsil müəssisəsinin rəhbəri vurğulayıb.
Ordumuza dəstəyini nümayiş etdirən şagirdlər böyük, möhtəşəm bayrağımızı dalğalandırıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
644 583 526 618 590 559

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.