HASANLY

HASANLY Xəbərlər 1-10-2020, 16:57

"Ermənistan ordusunda TERRORÇULARDAN istifadə olunur"- Hikmət Hacıyev

"Ermənistan ordusunda TERRORÇULARDAN istifadə olunur"- Hikmət Hacıyev
“Azərbaycana Suriyadan kimlərinsə gətirilməsi barədə Ermənistan tərəfindən dezinformasiyalar yayılıb. Birincisi, bu, Azərbaycanın siyasəti deyil.
İkincisi isə Azərbaycanın buna ehtiyacı yoxdur. Bizim Silahlı Qüvvələrimizin şəxsi heyətində yetərincə əsgərlərimiz, zabitlərimiz var. Bu gün Azərbaycanda Orduya könüllü getmək istəyənlər saysızdır”.

Loading.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib.

“Ancaq bizim güvənli kəşfiyyat məlumatlarına görə Ermənistan silahlı qüvvələrində Livandan, Suriyadan, digər Yaxın Şərq ölkələrindən gətirilən erməni əsilli terrorçulardan istifadə olunur: Onlar Azərbaycana qarşı istifadə olunmaqdadır”, - H.Hacıyev vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 333 277 360 349 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.